"Gənc Vətəndaş Məktəbi" — Azərbaycan Respublikası Konstitusiyasının əsaslarını uşaqlara və yeniyetmələrə sadə, maraqlı və oyun formasında öyrədən interaktiv təhsil layihəsidir. Layihənin məqsədi 6-12 yaşlı şagirdlərdə hüquqi düşüncə, vətənpərvərlik və məsuliyyət hissini formalaşdırmaqdır.Məktəbimizdə uşaqlar "Konstitusiya bizim qəlbimizdədir" stolüstü oyunu vasitəsilə öyrənirlər: Vətən nədir, bayrağımız niyə müqəddəsdir, təhsil almaq niyə hüquqdur, valideynə hörmət və təbiəti qorumaq niyə hər kəsin borcudur. "Hüquq vs Vəzifə" kartları, "Situasiya" tapşırıqları və "Vətən Xəritəsi" ilə onlar Konstitusiyanın 12, 25, 42, 60, 77-ci maddələrini real həyat nümunələrində tətbiq edirlər.Biz inanırıq ki, Azərbaycan arzusu — azad Qarabağ, savadlı gənclik və Vətənə bağlı nəsillər yetişdirməkdir. "Gənc Vətəndaş Məktəbi" hər bir uşağa öz pasportunu verir, "Vətənpərvər" ştampı ilə təltif edir və onu əsl vətəndaş kimi formalaşdırır.Burada dərs deyil — vətəndaşlıq dərsi keçirilir.
Цикл «Gənc Vətəndaş Məktəbi. Azərbaycan Respublikası»
не завершен
Размер: 19 336 , 0,48 а.л.
Доступ:
Бесплатно
весь текст
Аннотация отсутствует.